İcazəsiz taksi sürücüləri cərimələrdən azad olunacaq

Tbilisi şəhərində icazəsiz və ya icazə şərtlərini pozaraq taksi xidməti göstərən sürücülər cərimə və əlavə sanksiyalardan azad ediləcəklər. Bununla yanaşı, taksi sürücüləri icazə haqqı borclarından da azad olunacaq. Avtosfer.az "Olaylar"a istinadən xəbər verir ki, "Gürcü Arzusu" fraksiyasından deputatlar tərəfindən parlamentə təqdim olunan qanun layihəsinə əsasən, bu addım sosial-iqtisadi və inzibati-hüquqi baxımdan məqsədəuyğun hesab edilir. Layihədə göstərilir ki, 2025-ci ilin oktyabr ayının statistik məlumatlarına görə, Tbilisi bələdiyyəsinin tətbiq etdiyi sanksiyalar böyük həcmdədir:
1354-cü maddənin birinci hissəsinə əsasən:
Ödənilməmiş cərimələr: 6 832 iş, 656 542 larisi təşkil edir, ödənilməmiş cərimə + əlavə sanksiyalar: 15 400 iş, 4 865 000 larisi, icraya verilmiş, hələ icra olunmamış işlər: 3 394 iş, 1 115 942 larisi, apelyasiya olunan işlər: 814 iş, 178 840 larisi.
1354-cü maddənin ikinci hissəsinə əsasən:, ödənilməmiş cərimələr: 787 iş, 157 400 larisi, ödənilməmiş cərimə + əlavə sanksiyalar: 417 iş, 250 200 larisi, icraya verilmiş, hələ icra olunmamış işlər: 834 iş, 500 400 larisi, apelyasiya olunan işlər: 722 iş, 218 600 larisi.
Ümumilikdə, bu rəqəmlər göstərir ki, minlərlə inzibati iş üzrə cərimələrin ümumi məbləği 8 milyon larisi təşkil edir. Qanun layihəsinin izahında vurğulanır ki, bir dəfəlik hüquqi güzəşt həm sosial-iqtisadi, həm də inzibati-hüquqi baxımdan məqsədəuyğundur.
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI












