İctimai nəqliyyat tələbələr üçün yarı qiymətə olur? — AÇIQLAMA

"Bugünkü şəraitdə tələbələr və azyaşlılar üçün gediş haqqının 25 qəpik müəyyən edilməsi sosial baxımdan cəlbedici görünsə də, iqtisadi tərəfdən müəyyən çətinliklər yaradır”.
Bu sözləri iqtisadçı-ekspert Rəşad Nəcəfzadə açıqlamasında deyib.
Ekspert əlavə edib ki, hazırda ictimai nəqliyyatın maya dəyəri yanacaq, sürücü maaşları, texniki xidmət və digər xərclərlə birlikdə daha yüksəkdir:
“25 qəpik bu xərclərin çox kiçik hissəsini qarşılaya bilər. Əgər belə tarif tətbiq olunarsa, dövlətin subsidiyası mütləq olmalıdır. Yəni, hökumət daşıyıcılara fərqi ödəməlidir ki, xidmətin keyfiyyəti aşağı düşməsin. Əks halda, avtobusların sayı azalacaq, metroda təmir və yenilənmə prosesləri ləngiyəcək. Sosial siyasət baxımından tələbələrə və uşaqlara güzəştli qiymət müsbət addımdır. Bu, həm ailələrin yükünü azaldır, həm də təhsilin əlçatanlığını artırır. Amma iqtisadi reallıqlar nəzərə alınmasa, nəqliyyat sektorunda problemlər dərinləşə bilər. İnflyasiya fonunda nəqliyyat xərclərinin davamlı artması da mühüm faktordur. Bu gün 25 qəpik ümumi gediş haqqı kimi mümkün deyil. Amma yalnız güzəştli qruplara tətbiqi dövlət dəstəyi ilə həyata keçirilə bilər. Əgər dövlət büdcəsi buna resurs ayırarsa, qərar həm sosial ədaləti təmin edər, həm də gənclərin inkişafına xidmət edər. Tələbələr və azyaşlılar üçün 25 qəpik tarif sosial siyasət baxımından realdır. Amma ümumi sərnişinlər üçün bu, iqtisadi cəhətdən qeyri-mümkündür”.(demokrat.az)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












