İctimai nəqliyyatda gediş haqqı bu cür ola bilər - TƏKLİF

Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılması məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Maraqlıdır, sosial vəziyyəti ağır olan təbəqələr üçün xüsusi güzəştli tariflər tətbiq edilməlidirmi?
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, birdəfəlik gediş haqqının qiyməti barədə mübahisələr əhəmiyyətsizdir:
“Birdəfəlik gediş haqqının neçə manat olması sadəcə turistləri və nadir hallarda ictimai nəqliyyatdan istifadə edən avtomobil sahiblərini maraqlandırır. Əsas məsələ gündəlik sərnişinlərin rahatlığını təmin etməkdir. İldə 2-3 dəfə səs-küy salıb nəqliyyatda gediş haqqından danışırlar, sonra artırırlar, amma bu artım keyfiyyəti dəyişmir, müştəri məmnuniyyəti yaratmır”.
Ekspertin fikrincə, çıxış yolu sərnişinlər üçün müxtəlif müddətli bilet sisteminin tətbiq edilməsidir:
•Gündəlik bilet – 2 manat (gün ərzində istənilən qədər gediş imkanı),
•Aylıq bilet – 30 manat,
•Altı aylıq bilet – 140 manat,
•İllik bilet – 220 manat.
Natiq Cəfərli əlavə edib ki, belə sistem həm sərnişinlər, həm də nəqliyyat şirkətləri üçün əlverişli olar:
“Şirkətlər pul vəsaitini əvvəlcədən alaraq öz maliyyə problemlərini həll edə bilər, sərnişinlər isə daha sərfəli və rahat xidmət əldə edərlər”.
Onun sözlərinə görə, sosial vəziyyəti ağır olan təbəqələr üçün xüsusi güzəştli tariflər də tətbiq edilməlidir:
“Şagird, tələbə və təqaüdçülər üçün ad-soyada bağlı kartlar fəaliyyət göstərməlidir. Qiymət normal tariflərdən azı 2 dəfə ucuz olmalıdır. Məsələn, tələbə və ya təqaüdçü cəmi 100 manat (altı aylıq 55 manat) ödəməklə il ərzində metro və avtobuslardan məhdudiyyətsiz istifadə edə bilərlər”.
Ekspert qeyd edib ki, bu model artıq Avropa ölkələrində uğurla tətbiq olunur və Azərbaycanda da analoji sistemin yaradılması həm sosial ədaləti təmin edər, həm də ictimai nəqliyyatda keyfiyyətin yüksəlməsinə səbəb olar.(konkret.az)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












