“İctimai nəqliyyatda güzəştlərin tətbiqi məsələsi texniki məsələlərlə sıx bağlıdır” - EKSPERT DANIŞDI

“Brutto müqaviləsi daşıyıcılarla dövlət arasında münasibətləri tənzimləyən mühüm institusional mexanizm kimi çıxış edir. Bu modelin əsas mahiyyəti ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, daşıyıcıların maliyyə sabitliyinin təmin olunması və dövlətin sosial öhdəliklərinin daha effektiv şəkildə icra edilməsindən ibarətdir”. Avtosfer.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Sürücüləri qışda gözləyən sürpriz: boşalmış akkumulyator - FOTO
Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, brutto müqavilə mexanizmi bir çox ölkələrdə ictimai nəqliyyatın inkişafına müsbət təsir göstərmiş, xidmətlərin davamlılığını və şəffaflığını artırmışdır:

”Bu model çərçivəsində daşıyıcılar göstərdikləri xidmətə görə sabit ödəniş alır, gəlir riskləri isə əsasən dövlətin üzərinə düşür. Nəticədə daşıyıcılar sərnişin sayından asılı olmadan xidmət keyfiyyətinə fokuslana bilir, dövlət isə vətəndaşların daşınma prosesinin fasiləsiz və planlı şəkildə həyata keçirilməsini təmin edir. Azərbaycanda da brutto müqavilə mexanizminin tətbiqinə başlanılması ictimai nəqliyyat sektorunda struktur islahatlarının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Brutto müqaviləsinin tətbiqi həm dövlət, həm də daşıyıcılar üçün qarşılıqlı fayda yaradır. Dövlət üçün bu model sosial əhəmiyyətli nəqliyyat xidmətlərinin nəzarətdə saxlanılmasına, marşrut şəbəkəsinin optimallaşdırılmasına və xidmət keyfiyyətinin standartlaşdırılmasına imkan verir. Daşıyıcılar üçün isə maliyyə risklərinin azalması və uzunmüddətli planlaşdırma imkanlarının genişlənməsi mühüm üstünlük hesab olunur. Bu baxımdan, tətbiqin uğurla həyata keçirilməsi ictimai nəqliyyatın ümumi inkişafına töhfə verə bilər.
İctimai nəqliyyatda güzəştlərin tətbiqi məsələsi isə ayrıca və daha həssas yanaşma tələb edən mövzudur. Güzəşt mexanizmlərinin effektiv işləməsi üçün ilk növbədə sosial qrupların dəqiq müəyyənləşdirilməsi vacibdir. Hansı kateqoriyaların bu imtiyazlardan yararlana biləcəyi, güzəştlərin həcmi və tətbiq mexanizmləri aydın şəkildə tənzimlənməlidir. Bu kontekstdə ilkin mərhələdə təqaüdçülər və tələbələr kimi sosial həssas qrupların nəzərə alınması məqsədəuyğun hesab edilə bilər.
Eyni zamanda, güzəştlərin tətbiqi texniki təminatla sıx bağlıdır. Nağdsız ödəniş sistemlərinin genişləndirilməsi bu prosesin əsas şərtlərindən biridir. Hazırda metro sistemində uğurla tətbiq olunan elektron ödəniş mexanizmlərinin avtobus nəqliyyatında da mərhələli şəkildə tətbiqi güzəştlərin şəffaf və effektiv idarə olunmasına şərait yarada bilər. Brutto müqaviləsinin və güzəşt mexanizmlərinin paralel və planlı şəkildə tətbiqi ictimai nəqliyyat sisteminin daha səmərəli və sosial yönümlü fəaliyyət göstərməsinə imkan verəcəkdir”.
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS










