İctimai nəqliyyatla bağlı gözlənilməz mənzərə – Yeni güzəştlər…

Rəsmi qurumlar aylardır vətəndaşları ictimai nəqliyyatdan istifadə etməyə təşviq edir. Lakin son 9 ayın statistikasına baxdıqda maraqlı mənzərə yaranır. Belə ki, metrodan istifadə 2,4% azalıb, taksi xidmətlərindən istifadə isə 0,7% artıb. Qiymət artımından sonra vəziyyətin daha da ağırlaşacağı düşünülür.
Proses necə nəticələnəcək? Şəxsi avtomobil, taksilərə üstünlük verənlərin sayı arta, şəhər yolları bərbad vəziyyətə düşə bilərmi? Çıxış yolu nədir?
Nəqliyyat eksperti Elməddin Muradlı statistik göstəricilərin hər kəsi narahat etdiyini qeyd edib.
Onun sözlərinə görə, vətəndaşların ictimai nəqliyyata daha çox üstünlük verməli olduğu halda, fərqli mənzərə müşahidə olunur:
“Ümumi daşımalara baxdıqda əhali sayına uyğun artım görünür, lakin qiymət tənzimlənməsi dövründə baş verən artımlar müəyyən narazılıq və küskünlüklərə səbəb olur. Nəticədə insanlar fərqli qərarlar qəbul edirlər. Ancaq bunun ötəri xarakter daşıdığını düşünürəm. Zamanla yenidən ictimai nəqliyyat vasitələrinə qayıdış olacaq. Çünki hazırda bütün addımlar məhz onun fasiləsiz və rahat fəaliyyətinə yönəlib. Avtobus zolaqlarının salınması, marşrutların optimallaşdırılması kimi tədbirlər də bu məqsədə xidmət edir. Ümumilikdə metroda kifayət qədər sərnişin daşınır, avtobuslarda da vəziyyət sabit qalır. Müəyyən dövrlərdə müvəqqəti azalma müşahidə olunsa da, prosesin yenidən normallaşacağına inanıram”.
Ekspert bildirib ki, ictimai nəqliyyat sahəsində daha cəlbedici təkliflər olmalıdır:
“Tələbələr və təqaüdçülər üçün əlavə güzəştlər tətbiq edilə bilər. Həmçinin məsafəyə görə gediş haqqı məsələsinə baxılması məqsədəuyğundur. Bundan başqa, “tənzimləyici gedişlər” adlandırılan sistemin tətbiqi də çox vacibdir. Bu sistem bir neçə ölkədə uğurla işləyir. Məsələn, vətəndaş bir dəfə ödəniş edib avtobusdan metroya keçdikdə, müəyyən vaxt (1–1,5 saat) ərzində əlavə ödəniş etmir. Belə yanaşma həm vətəndaş üçün sərfəlidir, həm də ictimai nəqliyyata marağı artırır. Bu tip güzəştlər və rahatlaşdırıcı mexanizmlər tətbiq olunsa, ictimai nəqliyyata maraq daha da artacaq”.(global.info)
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












