İctimai nəqliyyatla bağlı sürpriz olacaq: Bir ödənişlə 2-3 dəfə istifadə...

Milli Məclisin deputatı Razi Nurullayev pensiyaçılara, tələbələrə və həssas kataqoriyadan olan şəxslərə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib.
Qeyd edək ki, bir sıra inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatda ödənişlə bağlı müxtəlif yeniliklər təqdim olunur. Bu yeniliklər gediş haqqının müxtəlif kartlarla ödənilməsi, eləcə də müəyyən qruplara güzəştlərlə bağlıdır.
Bəs, deputatın bu təklifi qanuniləşə bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Ceyhun Məmmədovun sözlərinə görə bu, bir fərdin qərarı ilə olan məsələ deyil. Dövlət qurumları, özəl şirkətlər müzakirə edib hansısa addımlar ata bilərlər:
“Məsələ Azərbaycan cəmiyyətində dəfələrlə müzakirə olunub. Nəzərə almalıyıq ki, nəqliyyat sistemimiz özəl sistemdir, yəni, qazandığı qazanc əsasında öz fəaliyyətini qurur. Biz bu gün güzəştləri artırdıqca onların gəlirlərinə, xərclərinə də öz təsirini göstərəcək”.
Dünya təcrübəsinə gəlincə, Ceyhun Məmmədov tələbələr üçün xaricdə müxtəlif güzəştlərin olduğunu vurğulayıb:
“Mən bu məsələni bir neçə dəfə müzakirəyə çıxarmışam. Yəni tələbələr gün ərzində 3-4 nəqliyyat dəyişirlər. Tələbələrimiz və onlara dəstək üçün müxtəlif güzəştlər etməliyik. Amma bütün kateqoriyaya güzəşt estək, bu artıq əlavə məsələlər yaradacaq. Gərək dövlət özəl sahəyə əlavə subsudiya versin. Ona görə də bu gün tələbələrə güzəştlər məqsədəuyğundur”.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












