İctimai yerlərdə yüksək səslə danışmaq mədəniyyətsizlikdir, yoxsa özgüvən? – Psixoloq AÇIQLADI

İctimai yerlərdə telefonla yüksək səslə danışmaq məsələsi gündəlik həyatımızda tez-tez qarşılaşdığımız bir haldır.
Bəziləri üçün bu, özünü ifadə etməyin, diqqət çəkməyin və ya özgüvən nümayiş etdirməyin bir formasıdır. Onlar düşünürlər ki, səs tonunu yüksəltmək onları daha təsirli edir və ya ətrafdakılara önəm verdiklərini göstərir. Lakin digər tərəfdən, belə davranış çox vaxt başqalarının rahatlığını pozur, sosial normalara və ümumi mədəniyyət qaydalarına zidd sayılır.
Bu halda, insanların şəxsi məkanına və sakitliyinə hörmət göstərmək önəmlidir. Telefonla yüksək səslə danışmaq, ətrafdakılar üçün narahatlıq və stress mənbəyi ola bilər.
Bəs ictimai yerlərdə bu cür davranış özgüvənin göstəricisidir, yoxsa başqalarına qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir?
Mövzu ilə bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, səs tonu və danışıq tərzimiz xarakterimizi və daxili dünyamızı əks etdirir:

“Bəzi insanlar isə səs tonunun yüksəldiyinin fərqində olmur və ya özlərini çox yüksək səslə danışan kimi hiss etmirlər. Bu, zaman-zaman həyacan, təşviş və ya gərginliyin göstəricisi olur, həmçinin insanın daxili dünyası ilə bağlıdır.
Buna görə də səs tonunu yüksəldib danışmaq onlar üçün normaldır, çünki onlara görə səsləri yüksək deyil, normal danışıq səviyyəsindədir. Eyni zamanda bəzi insanların eşitmə qabiliyyətinə görə səs tonları yüksək qəbul oluna bilər və özləri daha zəif eşitdikləri üçün daha yüksək səslə danışırlar.
Bu kimi halları nəzərə almaq lazımdır. Təbii ki, etik normalar gözlənilməlidir. İnsanlar ətrafa verdikləri zərərin və narahatlığın fərqində olsalar, belə hallar azalar”.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












