“İdrak”ın əsl sahibi kimdir: Eyyubovlar, yoxsa Qaralovlar?

Fevralın 6-da səhər saatlarında güllələnmə hadisəsi baş verən “İdrak” liseyinin yerləşdiyi bina ilə bağlı iddialar yayılır.
Mülkün və liseyin ötən ilin dekabr ayında həbs olunan iş adamı Ruslan Eyyubova məxsus olduğu deyilir.
Avtosfer.az xəbər verir ki, R.Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Onlar general–polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. "Globalinfo"ya özəl mənbələrdən daxil olan məlumatda isə bildirilir ki, “İdrak” liseyinin yerləşdiyi bina sabiq baş prokuror Zakir Qaralova və qardaşına məxsusdur. Onların bu liseyi Z.Qaralov baş prokuror vəzifəsində işlədiyi vaxt qurduqları deyilir.
Mənbəmiz bildirir ki, Mönsüm Alışov Zakir Qaralovun yaxından dəstəyi ilə bu liseyə rəhbər gətirilib. Qeyd edək ki, Mönsüm Alışov 1954-cü ildə Qubadlının Çərəli kəndində anadan olub.
Xatırladaq ki, “İdrak” liseyi 2008-ci ildə Sumqayıtda yaradılıb, 2014-cü ildə isə Bakıda filialı açılıb.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












