İqtisadçı: “1 manatlıq gedişhaqqı yol verilməzdir”

"Avtobuslarda gedişhaqqının bir nəfər üçün 1 manat olacağı ilə bağlı fikirlər dolaşmaqdadır. Əgər bu, əsassız bir şayiədirsə, heç bir sözüm yoxdur".
Avtosfer.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.
O xatırladıb ki, bir müddət öncə gedişhaqqı 50 qəpiyə qalxdığı zaman əksəriyyət etiraz edəndə, etiraz etməyib: "Vətəndaş kimi daha ucuz qiymətin tərəfdarı olsam da, iqtisadçı kimi bilirdim ki, 50 qəpiyin iqtisadi əsası var və bu, olmalıdır. Amma 1 manatlıq gedişhaqqı artıq yol verilməzdir.
Kamazlar 800 mişar daşı vurmaq əvəzinə 1000 daş vurduğu kimi, avtobusların 50 nəfər yerinə 80-100 nəfər doldurması və yenə də iqtisadi səmərəsizlikdən şikayətlənmələr isə bir başqa iqtisadi bacarıqdır.
Bu gün paytaxtın girişində, çıxışında, mərkəzində, hətta on zolaqlı yollarında belə tıxaclar müşahidə olunur. İnsanlar Bakı ətrafında daha çox yaşayır, işləmək üçün isə şəhərə üz tutur. Bir ailədən 3–4 nəfər işə və təhsil müəssisəsinə getmək üçün gündə bir neçə marşrut dəyişir. Orta statistik hesabla, bir ailənin 3 üzvü 2 marşrut dəyişsə, gündəlik nəqliyyat xərcləri minimum 12 manat, 22 iş günü olan bir ayda isə 264 manat edir. Əgər ailədən 4 nəfər çıxsa və bəziləri əlavə marşrutdan istifadə etməli olsa, analoji hesablama ilə ailənin aylıq nəqliyyat xərci 400 manata çatır. Yəqin ki, bu rəqəm hamıya tanışdır – minimum əmək haqqının miqdarıdır. Hətta bir ailədən yalnız 2 nəfər çıxıb hərəsi 2 marşrut dəyişsə belə, bu, ayda 200 manata yaxın xərc deməkdir".(olke.az)
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










