İranda 10 gündür davam edən aksiyalar nədən xəbər verir? – SİYASİ ŞƏRHÇİ AÇIQLADI

İranda etiraz dalğası davam edir və ölkə son günlərdə ciddi sosial və iqtisadi gərginliklərlə üzləşib. Müxtəlif şəhərlərdə vətəndaşlar küçələrə çıxaraq tətillər və nümayişlər keçirir, sənaye obyektlərində etirazlar baş verir, universitetlər isə tələbələrin aksiyalarının mərkəzinə çevrilib.
İranın 27 əyalətin 88 şəhərində ən azı 257 bölgəni əhatə edən etirazlar qeydə alınıb. Hadisələr zamanı ən azı 1 203 nəfər saxlanılıb, 29 etirazçı isə həlak olub. Etirazların yeni dalğası dərin iqtisadi böhran, valyuta məzənnəsinin kəskin artımı və bazarlarda qeyri-sabitlik fonunda baş verir, əhalinin geniş təbəqələri maliyyə təhlükəsizliyi və həyat səviyyəsinin aşağı düşməsi ilə üzləşir. Bütün bunların fonunda belə bir sual yaranır. İranda daxili münaqişələrin əsas səbəbləri nələrdir, yaxın gələcəkdə vəziyyət necə inkişaf edəcək və regiona hansı təsirləri olacaq?

Bununla bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Avtosfer.az-a bildirib ki, aksiyaların səngiyəcəyi söylənilirdi, amma hazırda tam əksi müşahidə edilir.
“Çox gərgin bir situasiyanın şahidi oluruq. Artıq 9-10-cu gündür ki, etirazlar davam edir və bəzi şəhərlərdə etirazçılar hətta hakimiyyət orqanlarını ələ keçirirlər. Bu, çox ciddi bir siqnaldır. Mən bu fikirlə razı deyiləm ki, İranda hakimiyyət tamamilə farslardan ibarətdir. Bəli, fars mədəni və ideoloji təsiri güclüdür, amma hakimiyyətdə yalnız farslar deyil, türklər və digər qeyri-millətlər də təmsil olunub. Bu baxımdan farsların türklərdən dəstək istəməsi ilə bağlı yayılan məlumatları şayiə kimi qiymətləndirə bilərik. Yəni, belə deyək, bu, aksiyaları zəiflətmək üçün yayılan şayiə xarakterlidir. Əsas məsələ odur ki, İranda ciddi sosial problemlər mövcuddur və əhali də bu problemləri əsas götürərək etiraza qalxıb. Mərkəzi hakimiyyət də bunu etiraf edir. İranın Ali Rəhbəri Xamenei və İran prezidenti Pezeşkian açıq şəkildə bildiriblər ki, ölkədə sosial problemlər mövcuddur və məmurların davranışlarından ciddi narazılıqlar var”.
Siyasi şərhçinin sözlərinə görə, sosial problemlər həll olunmayana qədər əhali etiraz aksiyalarını davam etdirəcək:
“Müəyyən bir dönəmdə aksiyalar zəifləyə bilər, amma sonradan yenidən alovlanma ehtimalı yüksəkdir. Bəzi dairələrdə İranın tamamilə parçalanacağı barədə fikirlər səsləndirilir, lakin mən bu fikirlərlə razı deyiləm. İnandırıcı görünmür ki, bu aksiyalar ölkənin parçalanmasına səbəb olacaq. Siyasi baxımdan ciddi silkələnmələr baş verəcək və artıq baş verir, amma dövlətin tamamilə dağılacağı ilə bağlı iddialar reallığı əks etdirmir”.
Nurcan Babək
Dünyada ictimai nəqliyyat qiymətləri necədir? - ARAŞDIRMA
2025-ci ildə nəqliyyat infrastrukturunda hansı işlər görüldü? – RƏSMİ AÇIQLAMA - VİDEO
Dollar zəifləyir - Bəs manatı nələr gözləyir? - VACİB PROQNOZ
Bakının 20 küçəsində tıxac var - SİYAHI
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi
Maneələrə baxmayaraq, ABŞ Qrenlandiyaya sahib olmağı bacaracaq- SİYASİ ŞƏRHÇİ
Çin maşınlarının ehtiyat hissəsi kimi satışa çıxarılması adiləşir - VİDEO
Müştərinin aptekdən aldığı dərmana görə “Leobank” keşbek verməkdən imtina edir – ŞİKAYƏT - FOTO
Nağd parklanma ödənişləri qanunsuzdur - Nazir müavini
Nərimanovda bu küçə də piyadalaşdırılacaq - RƏSMİ AÇIQLAMA
Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA











