İşlərin görüldüyü yollarda tıxac müvəqqətidir - Nəqliyyat eksperti

“Cəmiyyətdə tez-tez etirazlar səslənir ki, yollar niyə genişləndirilmir və niyə tıxac yaranır. Lakin tıxacla mübarizə məqsədilə müəyyən addımlar atıldıqda da oxşar narazılıqlar ortaya çıxır. Azərbaycanda yolların genişləndirilməsi, yeni zolaqların salınması və digər infrastruktur işlərinin görülməsi nəzərdə tutulur. Xüsusilə Bakı şəhərində bu istiqamətdə Dövlət Proqramına uyğun işlər artıq başlanıb. İşlərin görüldüyü yollarda tıxac müvəqqətidir. Yaxın günlərdə görülən işlər başa çatacaq və yeni layihələr tətbiq olunacaq”.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib. O vurğulayıb ki qarşıdakı dövrdə daha iri və mürəkkəb layihələrin icrasına başlanılması da planlaşdırılır. Bu baxımdan, vətəndaşlar indidən bu proseslərə hazır olmalıdırlar:
“Bakı-Sumqayıt yolunda aparılan işlərə gəldikdə isə burada alternativ yolun olmaması dövlətin həmin ərazidə iş aparmasını zəruri edir. Vətəndaşların da alternativ marşrutu olmadığı halda müəyyən vaxt itkisini nəzərə almaları vacibdir. Çünki əvvəlcədən bu barədə xəbərdarlıq edilib və vəziyyətin belə olacağı bildirilib. Bu səbəbdən müəyyən qədər səbrli olmaq lazımdır”./525.az
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












