Jurnalisti mahnı sədaları altında doğrayanın FOTOsu - İngiltərədə təhsil alıb

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girdikdən sonra bir daha xəbər alınmayan jurnalist Camal Haşoqqinin ölümü ilə bağlı araşdırmalar davam etdirilir. Avtosfer.az milli.az-a istinadən bildirir ki, onu işgəncə ilə öldürənlərdən birinin adı açıqlanıb. New York Times-ın məlumatına görə, "The Washington Post" qəzetinin köşə yazarı Camal Haşoqqini öldürən şəxsin adı Salah əl-Tubaqidir. O, qışqırıqları eşitməmək üçün yüksək səsli musiqi sədaları altında dəmir kəsən mişarla Haşoqqinin bədənini parçalayıb. Salah əl-Tubaqi Britaniya universitetinin məzunudur. O, 2004-cü ildə Qlazqo universitetini bitirib. Autopsiya üzrə ekspert kimi fəaliyyət göstərib. Salah Haşoqqinin ölümündə şübhəli bilinən 15 nəfərdən biridir. Onun oktyabr ayının 2-də Atatürk hava limanında görüntülənməsi iddiaları daha da gücləndirir. Qeyd edək ki, Camalın diri-diri, işgəncə ilə öldürüldüyü anın səsyazısı onun şəxsi "Apple" qol saatına düşüb. Haşoqqi 7 dəqiqə ərzində işgəncə ilə öldürülüb.


Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












