Jurnalisti şaqqalamazdan əvvəl qanını çəkib kanalizasiyaya axıdıblar - TƏFƏRRÜAT

İstanbulda qətlə yetirilən köşə yazarı Camal Haşoqqi ilə bağlı yeni məlumatlar əldə edilib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Səudiyyənin İstanbul baş konsulluğuna girən jurnalist boğularaq öldürüldükdən sonra cəsədi soyundurulub, onun qanı çəkilərək kanalizasiyaya axıdılıb, sonra da yerə sərilmiş plastik lövhənin üstündə hissələrə parçalanıb. Bütün bunları Salah al-Tubaiqi edib. Qlazqoda təhsil alan Tubaiqi hazırda Səudiyyə Ərəbistanında saxlanılanlar arasındadır. O, cəsədi hissələrə ayırarkən musiqi dinləyib və ətrafdakılara da tövsiyyə edib. Tubaiqi həmçinin qanın ətrafa dağılmasının qarşısını almaq üçün laxtalandırıcıdan da istifadə edib. Xatırladaq ki, "The Washington Post"da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda boğularaq öldürülüb, cəsədi şaqqalanıb. Hadisədən 1 aydan çox vaxt keçməsinə baxmayaraq onun cəsədi tapılmayıb. Səudiyyə jurnalistin planlı şəkildə öldürüldüyünü etiraf edib və bildirib ki, 21 nəfər həbs olunub, onlardan 5-nə ölüm hökmü verilib.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












