Jurnalistlər “Qoşa Təpə”də gömrükdəki yeniliklərlə tanış oldular - FOTO

Bir qrup KİV nümayəndəsi Azərbaycanla İran sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna səfər edib. Əməkdaşımız da media turda iştirak edərək gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə izləyib. Jurnalistlərə məlumat verilib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir.
Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra “bir pəncərə” sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır.
Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış olub və burada həyata keçirilən gömrük prosesləri barədə məlumatlandırılıblar.
“Qoşa Təpə” gömrük postunda bəzi hallarda müşahidə olunan sıxlıqların səbəbləri də jurnalistlərə izah olunub. Bildirilib ki, səbəb bəzi günlərdə hər iki istiqamətdə sərnişin axınının normadan artıq olması və fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarının tələbləri pozularaq qanunvericilikdə nəzərdə tutulandan çox ərzaq məhsullarının və digər malların gömrük sərhədindən keçirilməsinə cəhdlərin edilməsidir.
.jpg)
.jpg)
.jpg)
"Qafqazinfo"
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO










