Jurnalistlərimiz cəbhədə nələr yaşadılar? - Gözümüzün önündə parça-parça oldu... - VİDEO

Azərbaycan mediası və jurnalistlərin Vətən müharibəsindəki rolundan bəhs edən süjet hazırlanıb.
Avtosfer.az “BakuTV”yə istinadən xəbər verir ki, hərbçilərdən fərqli olaraq informasiya müharibəsinin qəhrəmanlarının mikrofon və kameradan ibarət olan silahları onları real təhlükələrdən xilas etmir. Elə 44 günlük Vətən müharibəsi bu fikirlərin bariz nümunəsi idi.
Hərbi əməliyyatların gedişatını ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün cəbhə bölgəsinə yollanan reportyorlar həmin günləri belə xatırlayıblar:
"İnformasiya müharibəsinə hazır idik. Hamımız o günü gözləyirdik. Müharibənin nə demək olduğunu bilmirdim. Füzuliyə çatanda həqiqətən də müharibənin içində olduğumu anladım".
Müharibələrin xarakterik cəhətləri də onun yaddaşlarda silinməz izlər qoymasıdır. Bu baxımdan Vətən müharibəsi jurnalistlərin xatirələrində bir ömür boyu unuda bilməyəcəkləri anlarla həkk olunub.
"Çəkiliş apardığımız yerdə atəşə tutulduq. Bizdən cəmi 30 metr kənarda mülki şəxs dayanmışdı. Top mərmisi yanında düşdü və adam parça-parça oldu", - deyə jurnalist Elnur Tofiq deyib.
Ətraflı süjetdə:
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO












