Jurnalistlərin binasından 3-cü velosipedi oğurlayarkən həbs olundular

Jurnalistlərin binasından media nümayəndələrinin velosipedlərini oğurlayan şəxslər həbs edilib. Avtosfer.az “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, noyabrın 24-ü saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 22 saylı binanın 105 nömrəli mənzilinin giriş qapısının qarşısından Süleyman İsmayılbəyliyə məxsus 150 manat dəyərində velosiped oğurlanıb. Həmin gün saat 22 radələrində həmin binada 131 nömrəli mənzildə yaşayan Müşfiq Ələsgərliyə məxsus 550 manat dəyərində “Wolf” markalı velosiped qapının qarşısından oğurlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq və oğurluğa cəhd maddələri ilə cinayət işi başlanılıb. İş Səbail RPİ-nin müstəntiqi, polis leytenantı İslam Mürsəlovun icraatına verilib.
Binadan mütəmadi oğurluq edən şəxslər növbəti cəhdlərində ələ keçiblər. Noyabrın 26-sı gecə saat 01 radələrində 130 nömrəli mənzildə yaşayan Rəsmiyə Qarayevanın oğluna məxsus 225 manat dəyərində “Lada Sport” markalı velosipedi götürüb pilləkənlərlə aşağı düşürərkən binanın mühafizəçisi İbrahim Əhmədov tərəfindən saxlanılıblar. Onların həmin vaxt sərxoş olduğu məlum olub. İstintaq zamanı onların 1979-cu il təvəllüdlü Füzuli rayon sakini Kənan Orucov və tanış Anar Şahbazov olduğu müəyyən edilib. Müstəntiq İ.Mürəslovun vəsatəti əsasından əsasında prokurorluğun verdiyi təqdimatla Səbail Rayon Məhkəməsi K.Oruov və A.Şahbazov barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, zərərçəkmiş şəxslər hər üçü jurnalistdir. Oğurluqların hər üçü binanın 12-ci mərtəbəsində baş verib. Rəsmiyə Qarayeva Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşıdır. Müşfiq Ələsgərli Jurnalistlərin Həmkarlar İttifaqının sədridir. Süleyman İsmayılbəyli “Olaylar” qəzetinin əməkdaşıdır.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev










