Kafe sahibləri cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında reydlər davam etdirilir. ETSN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsinin dəniz sahilində yerləşən “Günəş”, “Palma” çimərliklərində və Mehdiabad-Pirşağı yolunun sol hissəsində fəaliyyət göstərən kafenin yaxınlığında tullantıların qalaqlandığı və qanunvericiliyə uyğun qaydada idarə olunmadığı məlum olub. Faktlarla bağlı obyekt sahibləri Füzuli Mehtiyev, Elvin Həsənov və Hüseyn Süleymanov barəsində protokollar tərtib edilib və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümümilikdə 2400 manat məbləğində cərimə olunublar. Nöqsanların aradan qaldırılması məqsədilə qanun pozucularına icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












