“Kaliforniya sakinləri meşə yanğınları barədə məlumatlandırılmayıblar”

ABŞ-ın Kaliforniya ştatının Bütt dairəsi sakinlərinin böyük əksəriyyəti meşə yanğınlarının başlaması barədə vaxtında məlumatlandırılmayıblar. Avtosfer.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, ştat sakinləri bildiriblər ki, yanğın barədə onlara zəng vuran qohumları və ya evlərin pəncərələrini döyən qonşuları sayəsində xəbər tutublar. Qeyd olunur ki, tək-tük adamlara xüsusi xidmət orqanlarının dispetçerləri zəng vurublar. Qəzet yazır ki, əhalinin məlumatlandırılması barədə qərarı "Qırmızı kod" adlı sistemdən istifadə edən Bütt dairəsi şerifinin ofisi qəbul edib. Məlumata görə, bu sistem insanların telefon nömrələrinə zəngin köməkliyi ilə meşə yanğınları barədə xəbərdarlıq olunmalarını nəzərdə tutur. Bununla belə bu, yalnız sistemə abunə olanlara aiddir. Belə insanların sayı isə azdır. Son məlumatlara görə, Kaliforniyada təbiət yanğınları nəticəsində azı 84 nəfər həyatını itirib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












