Kaliforniya yanğınlarının pərdə arxası — Lazer silahı, UNO qəzası yoxsa İllüminatlar?

ABŞ-ın qərbində yerləşən Kaliforniya ştatında meşə yanğınları davam edir. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, yanğın ilk dəfə 2018-ci ilin yayında üzə çıxdı və yanğından mühafizə briqadaları alovu lokallaşdırdılar. Amma noyabr ayının ortasında yanğın yenidən sıçradı və bu dəfə yoluna çıxan hər şeyi məhv etməyə başladı. Hazırda 80 nəfərdən çox ölü, 600 itkin düşən şəxs alovların qurbanı hesab edilir. Şimalda “Kemp” yanğınının ərazisi 500 kvadrat kilometrdir. 12 mindən çox bina məhv olub. Artıq konspiroloqlar yanğının təbii fəlakət olmadığını bildirirlər. Ərazidə meşə yanğınları tez-tez quraqlığa görə baş verir amma heç vaxt bu ölçülərdə olmayıb. Yanğınla bağlı bir sıra teoriyalar, versiyalar irəli sürülüb. Bu versiyalardan biri fantastik kitablarda mövcud olan enerji silahıdır. Ehtimal edilir ki, artıq bu silah bir sıra ölkələrdə var və sınaqdan keçirilib. Silahdan Kaliforniyada kimin istifadə etdiyi barədə fikirlər haçalanır. Bəziləri UNO, bəziləri isə terror aktı versiyasını irəli sürür. Üçüncü qrup isə hökumət böhranından xalqın fikrini yayındırmaq üçün ABŞ rəhbərliyinin belə bir addım atdığını deyir. Yanğın törətmək üçün bu silah müəyyən ərazilərə dron və ya kiçik təyyarə ilə buraxılıb. Başqa bir versiyaya görə isə, silahdan gizli dünya hökuməti, yəni İllüminatların istifadə etdiyi ehtimal edilir. Bundan başqa yanğına səbəb UNO qəzasıdır. Hökumət qəzanın izlərini silmək üçün ərazini məhv etmək qərarına gəlib. Ufoloqlar bildirirlər ki, yanğından bir müddət əvvəl Kaliforniya səmalarında bir sıra UNO görünüb. Eyni zamanda isə UNO-lardan birinin meşəyə düşdüyünü görənlər də tapılıb. Rəsmi mənbələr isə 8 noyabr gecəsində güclü külək səbəbindən enerji xətlərində yaranan problemin yanğına səbəb olduğu deyilir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












