Kaliforniyada meşə yanğınlarından sonra 11 nəfər itkin düşüb

Müasir Kaliforniya ştatı tarixinin ən dağıdıcı təbiət yanğınları qurbanlarının sayında düzəliş edilib. Ölənlərin sayı 88 nəfərdən 85-ə qədər azaldılıb. Hazırda isə itkin düşmüş hesab edilən 11 nəfərin axtarışları davam etdirilir. Avtosfer.az- “Report”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ştatın Meşə Təsərrüfatı və Yanğın Mühafizə İdarəsinin məlumatında qeyd olunur. Bildirilir ki, Kaliforniyanın şimalında "Kemp" yanğınının başlaması anından itkin düşən 3 min 175 nəfərin yeri müəyyən edilib. Ölənlərə gəldikdə isə, məhkəmə tibb ekspertləri belə qərara gəldilər ki, aşkar olunan qalıqlar əvvəllər ehtimal ediləndən daha az adama məxsusdur. Noyabrın 8-də başlamış yanğınlar 13 min 972 yaşayış evini, 528 kommersiya binasını və 4 mindən çox başqa təyinatlı tikilini məhv edib. Yanğınlar ştata milyard dollarlarla ziyan vurub.
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO












