"KaMAZ"da batan şəxslər xilas edildi

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, çayda batan “Kamaz”ın üstündə köməksiz vəziyyətdə qalan Əziz Əhmədov və Hilal Seyidov xilas edilib.
Yük maşınını isə hələlik çaydan çıxarmaq mümkün olmayıb.
Qeyd edək ki, Göyçayın Hacalıkənd kənd sakini, 1982-ci il təvəllüdlü Əziz Mətləb oğlu Əhmədovun idarə etdiyi 23 BC-201 dövlət nömrə nişanlı, "KaMAZ" markalı yük avtomobili Potu kəndi ərazisində Göyçay çayı ilə Yuxarı Şirvan kanalının kəsişdiyi ərazidə suda batıb.
Göyçay çayı üzərindəki körpünü sel apardığı üçün sürücü çayın bir tərəfindən o biri tərəfinə yük maşını ilə keçmək istəyib və suyun sürətlə axdığı yerdə idarəetməni itirib. Su yük maşınını 100 metr apararaq çayın dərin yerinə salıb. Yük maşını tamamilə batıb, sürücü və sərnişini, Bığır kənd sakini Seyidov Hilal Akif oğlu yük maşınının üstünə çıxıblar.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












