"Kanada silahı PKK terrorçularının əllərinə keçib" - Türkiyə araşdırma tələb etdi

Türkiyə Kanada hakimiyyətinə PKK terrorçularının Kanada silahının istifadəsi ilə bağlı faktı araşdırmaq tələbi ilə müraciət edib.
Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, daha öncə Kanadanın bir sıra KİV-lərində "Kanada istehsalı olan silah PKK terrorçularının əlinə keçib" adlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, PKK terrorçularında NEA-15 markalı Kanada silahı aşkarlanıb.
Məlumata əsasən, silah Türkiyə SQ-in Mardində keçirdiyi xüsusi əməliyyat zamanı aşkar olunub. Məhz bu əməliyyat çərçivəsində, mağarada keçirilən axtarışlar zamanı Kanada nümunəli avtomatlar tapılıb.
Silahın Ontario vilayətində "North Eastern Arms" şirkəti tərəfindən istehsal olunduğu bildirilir. Şirkət nümayəndəsinin sözlərinə görə silahın satışı "Kanada hakimiyyətinin razılığı ilə" həyata keçirilib.
Məqalənin müəlifi qeyd edir ki, 2016-ci ildə İraqın şimalında hərbi birləşmələrə NEA-15 avtomatları satılıb. Bununla yanaşı, qeyd olunur ki, şirkətin təmsilçiləri regiona səfər də ediblər: "Həmin ildə Kanadadan İraq mindən artıq silah satılıb".
Kanada XİN-in nümayəndəsinin sözlərinə görə isə, "nazirlik məsələ ilə bağlı araşdırmaya başlayıb və İraqın rəsmiləri ilə silahın son istifadəsini aydınlaşdırır".
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












