"Karl Marks" dairəsi yenidən açılacaq - VİDEO

Bakıda bir müddət əvəl ləğv edilmiş "Karl Marks" dairəsi yenidən açılacaq. Amma bu dəfə ərazidə hərəkət işıqforla tənizmlənəcək. Bunun üçün yeni layihə hazırlanıb. Avtosfer.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu qərarın qəbul edilməsinə səbəb dairənin ləğvindən sonra Süleyman Sani Axundov, Şövkət Məmmədova, Atatürk prospekti və digər əlaqəli yollarda tıxacın yaranması, həmçinin avtomobillərin daha çox yol qət etmələri olub. Eyni zamanda, ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında yeni təhlükəsizlik adacıqları qurulacaq ki, Eldar Babayev küçəsindən gələn və yanacaqdoldurma məntəqəsindən çıxan sürücülər məcburi olaraq Xutor dairəsi istiqamətinə getməli olacaqlar. Ərazidə tikinti işlərinin yaxın bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır. Sözügedən dəyişikliyə isə sürücülərin münasibəti birmənalı deyil.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












