Kartlardan pul çıxılır? - RƏSMİ AÇIQLAMA

Kartdan ödəniş zamanı sinxronizasiya - bu cür mexanizm nəqliyyat ödəniş sistemlərində normal praktika hesab olunur və bir çox ölkələrdə tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, terminal ödənişi qəbul edir və məlumatı sistemə ötürür:
“Ödəniş zamanı sistem kartda vəsaitin olub-olmadığını dərhal tam yoxlamaya da bilər. Sərnişin ödənişi etdikdən sonra vəsaitin bir neçə gün sonra tutulması halları mümkündür”.
O həmçinin vurğulayıb ki, əslində , sistem sonradan kart balansını yoxlayır.
“Nümunə olaraq, kartda həmin anda vəsait olmasa belə, aparat sərnişinə keçid imkanı verir. Lakin sistem həmin kart üzrə borcun yarandığını qeydə alır. Daha sonra müəyyən müddətdən sonra karta yenidən müraciət olunur və balansda vəsait olub-olmadığı yoxlanılır. Əgər vəsait daxil olubsa, məbləğ sonradan tutulur”.
AMB sədri onu da əlavə edib ki, bu praktika nəqliyyat sahəsində geniş istifadə olunur:
“Çünki sərnişin kartında pul olmasa belə, avtobusdan və ya qatardan istifadə edə bilir. Daha sonra isə sistem arxa planda kartı periodik şəkildə yoxlayaraq ödənişi həyata keçirməyə çalışır. Balansda vəsait olmadıqda isə yoxlamalar davam etdirilir”.
T.Kazımov bildirib ki, terminalların sinxron işləməsi ilə bağlı texniki məsələlər birbaşa həmin ödəniş sistemlərini idarə edən tərəflərin səlahiyyətindədir.
“Bu proseslər əsasən beynəlxalq ödəniş və maliyyə sistemləri tərəfindən müəyyənləşdirilir”, - deyə o fikrini tamamlayıb.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












