Keçid nişanları var, amma işıqlandırma sistemi işləmir - VİDEO

Tovuzda piyadaların təhlükəsiz keçidi üçün nəzərdətutulan yol nişanları işləmir. Bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur. Yollardakı piyada zolaqları da rənglənməyib, bəziləri isə ümumiyyətlə görünmür. Keçid nişanları var, amma işıqlandırma sistemi işləmir. Yolu keçən piyadalar təhlükə ilə üz-üzə qalır. Avtosfer.az xəbər verir ki, Tovuzda istər gündüz, istərsə də gecə saatlarında yolu keçmək istəyən piyadalar çətinliklə izləşirlər. Buna səbəb günəş enerjisi ilə işləyən yol nişanlarının işləməməsidir... Yollardakı piyada zolaqları da rənglənməyib, bəziləri isə ümumiyyətlə görünmür. Bu yollarda sürət həddini tənzimləyən nişanlar olsa da, sürücülər bunlara məhəl qoymurlar. Bu da baş verə biləcək xoşagəlməz hadisələri qaçılmaz edir. Sürücülər isə problemin kökünü yol nişanlarının düzgün işləməməsində görürlər. Rayonda günəş enerjisi ilə işləyən 10-dan çox lövhənin yalnız ikisi işlək vəziyyətdədir. Yol nişanlarına nəzarət edən siqnal idarəsinin Tovuz rayon şöbəsinin rəisi Niyazi Məmmədov bildirdi ki, sözügedən lövhələrin platası xarab olduğu üçün onları təmir etmək mümkün deyil. Gərək nişanın özü yenilənə. Lövhənin üzərindəki köhnəlmiş "Piyada keçidi" yazısınınisə dəyişdiriləcəyi bildirildi.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












