Keçiddə piyadalar üçün təhlükə yaranıb - VİDEO

Avtomobillərin sıx hərəkət etdiyi yolda yerləşən yerüsdü piyada keçidinin şüşəsi sındırılıb. Odur ki, hər an bu keçiddə piyadanın yola yıxılması ilə nəticələnən hadisə baş verə bilər. Avtosfer.az xəbər verir ki, söhbət Bakıdan Sumqayıt istiqamətində hərəkət edəndə birinci yerüsdü piyada keçidindən gedir. Burada sınan pəncərənin qarşısına təhlükəsizlik məqsədilə lent çəkilsə də, bu, təhlükəni aradan qaldırmır.
Keçiddə çəkiliş apardığımız zaman piyaların təhlükəsizliyi üçün quraşdırlan bütün məhəccərlərin yerində olmadığının şahidi olduq.Vətəndaşların sözlərinə görə, məhəccərlər naməlum şəxs və şəxslər tərəfindən kəsilərək aparılıb.
Piyadaların şikayəti bununla yekunlaşmır. Onlar keçiddə işıqlandırma sisteminin olmaması səbəbindən axşam vaxtlarında porblemlə qarşılaşırlar.
Məsələdən Avtomobil Yolları Dövlət Agentliyi də xəbərdardır. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, keçiddə pəncərənin sındırılması və məhəccərlərin kəsilərək aparılması məhz elə oradan istifadə edən bəzi piyadaların işidir. Bu cür halların qarşısının alınması üçün keçid təmir edilərkən buraya müşahidə kamerası da quraşdırılacaq.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










