Keçmiş arvadını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Qətl törətməkdə təqsirləndirilən Rahib Banayev barəsində olan hökmdən apellyasiya şikayəti verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktyabrın 3-nə təyin edilib. Şikayət hakim İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, qətl hadisəsi bu il yanvarın 23-də gecə saat 3 radələrində Hasil Bayramov küçəsi, ev 67 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaş, 1985-ci il təvəllüdlü Babayev Rahid Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq 31-ci polis bölməsinə gələrək təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Saxlanılan R.Babayev istintaqa verdiyi ilkin ifadəsi zamanı bildirib ki, iki ildir Ü.Orucəliyevadan ayrılıb, 2 azyaşlı övladları var. Onun sözlərinə görə, Ü.Orucəliyeva onun qabağını kəsərək "səni qoymayacağam evlənəsən, qayıt yanıma" deyib: "Birtəhər onu sakitləşdirdim və yaşadığı mənzilə apardım. Ancaq o, evdə də sakitləşmədi, məni təhqir etməyə başladı. Mən də dözmədim, gecə saatlarında onu boğaraq öldürdüm". Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












