Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Mahir Bəyalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, M.Bəyalıyev barəsində toplanmış cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib, məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq. Qeyd edək ki, qətl bu il Ağsu şəhərində qeydə alınıb. Şəhərin mərkəzində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gələn keçmiş əri, rayonun Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilən S.Bəyalıyeva orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəyalıyev tutulub. M.Bəyalıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












