Keçmiş məhkumun sürdüyü avtobus səkidə dayanan kişini vurub öldürdü, amma... - ŞOK MÜRACİƏT

Bir neçə ay əvvəl Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusunun törətdiyi ağır qəza nəticəsində vəfat edən 61 yaşlı Mansur Namazovun ailəsi saytımıza müraciət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, publika.az-a daxil olan məktubda M.Namazovun qızı Rəna Namazova ağır qəza törədən sürücünün hələ də həbs edilməməsindən narahat olduqlarını qeyd edib. O deyib ki, yol-hərəkət qaydalarını kobudcasına pozan 136 saylı marşrut avtobusunun sürücüsü, əvvəllər məhkum edilmiş Yelmar Atakişiyev bu dəfə törətdiyi ağır hadisəyə görə məsuliyyətə cəlb olunmayıb: “Atam iyunun 9-u, səhər 6-da evdən çıxdı və 20 dəqiqədən sonra dəhşətli xəbəri aldıq. Hadisə 136 və 171 saylı marşrut avtobusları dayanacağa tez çatmaq üçün yarışarkən Atçılıq adlanan yerdə baş verib. Biz ora çatanda məlum oldu ki, 136 saylı avtobusun sürücüsü Yelmar Atakişiyev sürət həddini aşaraq səkiyə çıxıb. Bu zaman o, səkidə dayanmış atamı vuraraq xeyli sürüyüb. Zərbənin gücündən dayanacaqdakı dirək də qırılmışdı. Atamı xəstəxanaya çatdırsaq da, biz onu itirdik”.
Rəna Namazova bildirib ki, faktla bağlı cinayət işi açılsa da, sürücü tutulmayıb: “Atamın həyatına son qoyan avtobus sürücüsü barəsində, həmin xətti işlədənlər haqqında hələ də tədbir görülməyib. Doğrudur, Xəzər rayon polis idarəsində hadisə ilə bağlı cinayət işi açıldı. Lakin nədənsə sürücünü sərbəst buraxdılar. Halbuki, o, daha əvvəl də cinayət törətmiş bir şəxsdir. Bizim çoxlu sualımız cavabsız qalıb. Niyə 136 saylı marşrut xəttinin sahibi əvvəllər məhkum edilmiş şəxsi sürücü kimi işə götürüb və bu yolla onlarla insanın həyatını təhlükəyə atır. Lakin artıq 4 aydır ki, hadisəni törədən, cinayətkar, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev hələ də azadlıqdadır. Məhkəmələrdə bizə deyilirdi ki, ekspertizanın rəyi gəlməlidir. Lakin Yelmar Atakişiyevin tutulması üçün, ekspertizanın qəza barədə rəyinin gəlməsi belə Atakişiyevin tutulmasına səbəb olmadı. İndi də məhkəmənin davam etməsinə, uzadılmasına baxmayaraq, heç bir nəticə yoxdur. Atam torpaqda, Yelmar Atakişiyev isə azadlıqdadır. Mən məhkəmədən, habelə aidiyyəti qurumlardan evinin böyüyünü itirmiş qadın kimi xahiş edirəm, bu işə düzgün baxsın və ədalətli qərar çıxarsın”.

Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










