“Khazar” avtomobillərini sınaqdan keçirib - İqtisadiyyat Nazirliyi

Azərbaycan İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Neftçala Sənaye Məhəlləsində yerləşən “Khazar” Avtomobil Zavoduna media-tur təşkil edilib. “Report” xəbər verir ki, media-tur çərçivəsində zavodda istehsal olunan avtomobillər haqqında məlumat verilib. Səfər zamanı Nazirlik avtomobillərini test edib. İqtisadiyyat Nazirliyi adından sükan arxasına keçən qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev yeni “Khazar” avtomobilinin funksional və rahat idarəedilən olduğunu qeyd edib.
A.Əliyevin sözlərinə görə, yeni avtomobil kifayət qədər komfortludur və müxtəlif yol şəraitində sınaqlardan uğurla çıxa bilər.
Qeyd edək ki, martın 29-da Azərbaycan və İran prezidentlərinin açılışının etdiyi zavodu "Azərmaş” ASC və “İran Khodro” şirkətləri birgə yaradıb. Zavodun ümumi dəyəri 15 mln. dollarıdır və səhmlərinin 75%-i “Azərmaş” ASC-yə, 25%-i isə “İran Khodro” şirkətinə məxsusdur. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY














