Kilosu 200 manata olan meyvə: Satan razı, alan razı... - Bəs sağlamlıq?

Mağaza rəflərində mövsümi olmayan meyvələr - çiyələk, gilas, qarpız, ərik, alça, şaftalı və s. göz oxşayır.
Amma bahadır: alçanın bir kilosu 200-250, gilas 100-120, ərik 50-60, şaftalı 40-50 manatdır. Bəzi mütəxəssislər bu cür meyvələrin uzunmüddətli saxlanması, kimyəvi maddələrlə emal edilməsi və genetik müdaxilələrə məruz qalması ucbatından sağlamlıq üçün ziyanlı ola biləcəyini iddia edirlər.
Sağlam qidalanma mütəxəssisi Fərid Səfərov “Yeni Sabah”a bildirib ki, tərəvəz və meyvələr öz mövsümündə yeyildiyi zaman fayda verir:
"Ancaq istixana sistemləri ilə bazarda dörd fəsildə hər meyvə və tərəvəzi görmək mümkündür. Mövsümü olmayan meyvə və tərəvəzlərin dadı və qida dəyəri aşağıdır. Tədqiqatlar sübut edib ki, uyğun fəsillərdə yetişdirilən meyvə və tərəvəz qida baxımından daha sağlam və faydalıdır”.
Qida eksperti belə məhsulların insan orqanizmində hansı problemlərə səbəb olacağına da aydınlıq gətirib:
“Mövsümün xaricində yetişdirilən meyvə və tərəvəzin görünüşü və becərilməsi üçün istifadə edilən pestisidlər və konservantlar baş ağrısı, ürəkbulanma, astma, xərçəng və Parkinson xəstəliyinə səbəb ola bilər. Tərəvəz və meyvələr öz fəsillərində bol olur və qiymət baxımından daha münasibdir. Orqanizmi ehtiyac duyduğu minerallar və vitaminlərlə təmin edir. Yüksək gəlirli istehlakçılar hər zaman istədikləri qidanı əldə etməyə üstünlük verirlər. Digər tərəfdən, restoran və otellər müştərilərinə il boyu müxtəlif menyular təqdim etmək üçün qeyri-mövsümi məhsullardan istifadə edirlər. Bundan başqa, bəzi insanlar sağlam qidalanmaq üçün hər mövsüm təzə meyvə-tərəvəz yeməyi vacib hesab edir və onların mənşəyi barədə çox düşünmədən bu məhsulları alırlar".
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI












