Kimlər şəxsiyyət vəsiqələrini dəyişməlidir? - Bu gündən yenisi verilir

"Hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadəyə davam edə bilərlər. Onların vəsiqələrini dəyişdirməsi zəruri deyil". Bu sözləri "ASAN" Xidmətin şöbə müdiri Elnur Niftəliyev mətbuat konfransında deyib. O bildirib ki, bu gündən etibarən Daxili İşlər Nazirliyi tərəfindən "ASAN" xidmət mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN" xidmət mərkəzlərində və Sumqayıt regional mərkəzində başlanılacaq. Qarşıdakı günlərdə isə bütün mərkəzlərdə verilməsi nəzərdə tutulub: "15 yaşı tamam olmuş vətəndaşlar əvvəlki qaydada 10 gün müddətində 5 AZN, 3 gün müddətində 25, 1 gün müddətində isə 35 AZN ödəyərək yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib ola bilər. 15 yaşı tamam olmayanlar isə 10 gün müddətində 4 manat, 3 gün müddətində 20, bir gün müddətində isə 25 manat odəməlidir".
E.Niftəliyev həmçinin qeyd edib ki, biometrik şəxsiyyət vəsiqəsinə sahib olan şəxslər ailə vəziyyəti dəyişdiyi təqdirdə yeni şəxsiyyət vəsiqəsi almaq məcburiyyətində deyil: "Onlar xidmətə yaxınlaşaraq sadəcə çip-i dəyişdirəcəklər".





Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












