“Kirayə bahalaşdı, nəqliyyat xərcləri artdı - "Tələbələr üçün oxumaq getdikcə çətinləşir"

“Tələbələrin yaşayış və yol xərclərinin artması bu gün ali təhsil sisteminin əsas sosial problemlərindən biridir”.
Bunu təhsil eksperti Qoşqar Məhərəmov bildirib.
O qeyd edib ki, yataqxana çatışmazlığı təkcə məkan məsələsi deyil, həm də sosial bərabərliyə təsir edən amildir:
“Böyük şəhərlərdə kirayə qiymətləri son illərdə sürətlə yüksəlib və bu, regionlardan gələn tələbələr üçün ciddi maliyyə yükü yaradır. Üstəlik, nəqliyyat xərclərinin artması gündəlik büdcəni daha da çətinləşdirir. Belə şəraitdə bir çox tələbə dərsdən sonra işləməyə məcbur olur ki, bu da onların akademik göstəricilərinə mənfi təsir edir. Problemin əsas həlli istiqaməti dövlət və universitetlər arasında əməkdaşlığın gücləndirilməsidir. Yeni tələbə yataqxanalarının tikilməsi və mövcud olanların təmir edilməsi vacib addımdır. Bələdiyyələr və ali təhsil müəssisələri birgə sosial kirayə proqramları yarada bilər”.
Ekspert əlavə edib ki, müəyyən mənzillərin tələbələr üçün subsidiya ilə icarəyə verilməsi modeli tətbiq oluna bilər:
“Bundan başqa, nəqliyyat güzəştlərinin artırılması da tələbələrin yükünü azalda bilər. Bir çox ölkədə tələbə kartı ilə ictimai nəqliyyatdan endirimli istifadə sistemi uğurla işləyir. Azərbaycanda da bu model genişləndirilsə, sosial ədalət baxımından müsbət nəticə verər. Tələbə rifahı təhsilin keyfiyyəti ilə birbaşa bağlıdır. Əgər tələbə yaşayış və yol problemini düşünmədən oxuya bilirsə, bu, həm onun şəxsi inkişafına, həm də ölkənin gələcək insan kapitalına töhfə verəcək”.(demokrat.az)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












