Kirayələdiyi “Lamborghini” ilə dörd saata 33 dəfə cərimələndi

Böyük Britaniya vətəndaşı olan 25 yaşlı turist Dubayda “Lamborghini Huracan” markalı avtomobili kirayəyə götürüb və dörd saat ərzində 33 dəfə sürət həddini aşıb. Məlumatlara görə, sürücü saatda 240 kilometr sürətlə hərəkət edib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “The National” nəşri məlumat yayıb. “Saeed Ali Rent” şirkətinin məlumatına görə, onlar avtomobili kirayəyə verdikdən bir gün sonra cərimələrlə bağlı bildirişlər almağa başlayıb. Cərimələrin ümumi məbləği 175 min dirhəm (təxminən 47 645 ABŞ dolları) olub. Lüks avtomobilin iki günlük kirayəsi isə turistə 6 min dirhəmə (təxminən 1634 dollara) başa gəlib. Şirkət cərimələri ödəyənədək avtomobili turistdən geri götürməməklə bağlı qərar qəbul edib. Çünki avtomobil geri qaytarılsa, cərimələri şirkət ödəməli olacaq.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












