Kişi bacısı qızını qaçırdan 20 yaşlı gənci qətlə yetirib - Gəncədə

Gəncə şəhərində qətl hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bir müddət əvvəl Daşkəsən rayonundan olan 20 yaşlı İsayev Asəf Gəray oğlu evlənmək məqsədilə Şəmkir rayon sakinini qaçırdıb. Bildirilir ki, bir neçə ay bundan öncə Daşkəsən rayonunun 20 yaşlı Almalı kənd sakini Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə qızı geri qaytarıblar. Lakin A.İsayev qızın ailəsinə bir-birilərini istədiyini bildirərək, razılıqlarını almaq istəyib. Amma qarşı tərəf yenə rədd cavabı verib. İlkin məlumatlara görə, A.İsayev yenidən qızı qaçırdıb. Buna görə, qızın Şəmkir rayonundan olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu Gəncə şəhərində yaşayan A.İsayevin qohumlarının yaşadığı ünvana gəlib və orada A.İsayevin boğazını kəsərək onu qətlə yetirib. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












