Kiyevdə hədələnən azərbaycanlı jurnalistin işi ilə bağlı detallar məlum olub

Bu ilin noyabrın 20-29 tarixlərində Ukraynanın paytaxtı Kiyevdə ezamiyyət vaxtı təqibə və silahlı hədəyə məruz qalan Report İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun işi ilə bağlı artıq bir sıra detallar məlum olub. Avtosfer.az xəbər verir ki, “Report”un Kiyev bürosunun hadisə ilə bağlı cinayət işini aparan Peçerskiy rayon polisindən əldə etdiyi məlumata görə, azərbaycanlı jurnalisti təqib edən AA6164BI dövlət nömrə nişanlı, “Şkoda” markalı avtomobil qeydiyyatsız, saxta fəaliyyət göstərib.
Nömrənin 2003-cü ildən istifadəsi dayanmış “QAZEL” markalı yük maşınına aid olduğu müəyyənləşib.
Araşdırma nəticəsində məlum olub ki, noyabrın 20-dən jurnalisti Kiyevdə izləyən “Şkoda”nı idarə edənlər həmin saxta nömrəni mütəmadi deyil, müxtəlif günlərdə və müxtəlif tarixlərdə avtomobilin üzərinə taxaraq Kiyevdə hərəkət ediblər.
O da məlum olub ki, avtomobil bu saxta nömrə ilə Kiyevdə fəaliyyət göstərən daha bir neçə məsul azərbaycanlını təqib edib. Eyni zamanda, o da məlum olub ki, avtomobili idarə edənlər Kiyevdə başqa bir məsul azərbaycanlı ilə təmasda olub.
İş ilə bağlı digər məlum detal odur ki, jurnalistin Kiyevdə qarşısını kəsərək silahla təhdid edən avtomobil vilayət qeydiyyatında deyil, kənardan gəlib. Hazırda avtomobillə bağlı axtarış elan olunub.
Polisdən o da məlum olub ki, iş ilə bağlı aparılan istintaqa kənar maneələr var, işin açılmasının qarşısını almaq istəyirlər. Hazırda jurnalistin işi ilə bağlı hüquqi yardımı artıq beş ildir ölkədə azərbaycanlılara hüquqi dəstək üçün fəaliyyət göstərən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun Hüquqi yardım klinikası həyata keçirir.
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ








