Köçəryanla bağlı daha bir qərar - Azərbaycana göndərilir?

Ermənistanın daxili siyasi gündəmini zəbt edən seçki sonrası proseslər gözlənilən nəticəni verib. Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinin başlanması üçün Baş Prokurorluğun vəsatətini təmin edib.
Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə qərar MSK-nın keçirilən qapalı iclasından sonra elan olunub. Köçəryanın vəkili Aram Orbelyan jurnalistlərə açıqlamasında Komissiyanın cinayət təqibinə rəsmi icazə verdiyini təsdiqləyib.
Vəkilin sözlərinə görə, eks-prezidentə qarşı irəli sürülən ittihamlar olduqca ağırdır və əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, eləcə də çirkli pulların yuyulması epizodlarını əhatə edir. Qeyd edək ki, Baş Prokurorluq təkcə Robert Köçəryan üçün deyil, həmçinin "Ermənistan" blokunun deputatlığa namizədləri Asatur Köçəryan və Ruslan Barseqyanın da toxunulmazlıq statusunun ləğv edilməsi üçün MSK-ya müraciət etmişdi və bu vəsatətlər də müsbət həllini tapıb.
Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələri elan olunduqdan dərhal sonra Robert Köçəryan İrəvanın "Zvartnots" hava limanından ölkəni tərk etməyə cəhd göstərib. Lakin hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində onun xaricə getməsinin qarşısı alınıb və barəsində ölkədən çıxışına qadağa qoyulub.
Müxalifət düşərgəsi bu qərarları siyasi intiqam və mövcud hakimiyyətin siyasi rəqiblərinə qarşı təzyiq aləti kimi qiymətləndirir.
Bundan başqa, sosial şəbəkələrin erməni seqmentində R.Köçəryanın paşinyan tərəfindən Azərbaycana təhvil verilməsi məsələsi də gündəmdədir.
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












