Köhnə avtomobil sürənlərə VACİB XƏBƏR: Məhdudiyyətlər tətbiq edilə bilər...

Şəhər mərkəzlərində havanın çirklənməsi və nəqliyyatın ekoloji təsirləri son illər cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə, köhnə və normadan artıq tüstü buraxan avtomobillərin paytaxtın mərkəzi küçələrində hərəkəti ilə bağlı məhdudiyyətlərin tətbiqi məsələsi ictimai maraq doğurur.
Şadlıq evlərində hansı yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir? – EKSPERT AÇIQLADI
Maraqlıdır, bu cür qadağalar ekoloji vəziyyətin yaxşılaşmasına real töhfə verə bilərmi, yoxsa mövcud nəzarət mexanizmləri kifayət qədər effektlidir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda Azərbaycanda bu sahədə müəyyən nəzarət mexanizmləri mövcuddur:
“Bizim ölkəmizdə demək olar ki, hər rübdə “Təmiz hava aylığı”keçirilir. Bu tədbirlər əsasən DYP tərəfindən təşkil olunur və prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də cəlb edilir. Atmosferə normadan artıq zərərli qaz buraxan avtomobillər aşkarlanır və sürücülər cərimə edilir”.
Ekspertin sözlərinə görə, yoxlamalar zamanı texniki nasazlığı olan nəqliyyat vasitələrinin sahiblərinə problem aradan qaldırılması tövsiyə olunur:
“Avtomobildəki nasazlığın aradan qaldırılması ilə bağlı sürücülərə xəbərdarlıq edilir. Bu baxımdan düşünmürəm ki, əlavə qadağalar tətbiq etməklə daha yaxşı nəticə əldə etmək mümkündür. Hazırda mövcud sistem işləkdir və effektiv şəkildə fəaliyyət göstərir”.
Eldəniz Cəfərov hesab edir ki, mövcud nəzarət mexanizmləri saxlanılmaqla və davamlı yoxlamalar aparılmaqla havanın çirklənməsinin qarşısını almaq mümkündür.
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ










