"Köhnə Bakı" kafesində dava: Ofisiant müştərini öldürdü

Bakının Binəqədi rayonunda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Mirzağa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.Az xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 1-nə təyin edilib.
İttihama görə, Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Qədirlini bıçaqlayaraq qətlə yetirib.
Məlum olub ki, Mirzağa Məmmədovla Çingiz Qədirli tanış olublar. Həmin hadisə baş verən vaxt Çingiz Qədirli Mirzağa Məmmədovla zarafat edib. Onun şit zarafatlarına dözməyən Mirzağa Məmmədov bıçağa əl atıb.
İstintaq orqanı tərəfindən Mirzağa Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












