Kolumbiyalı turist retro avtomobili ilə Azərbaycana gəlib - VİDEO

1971-ci ildə istehsal edilən avtomobillə dünya səyahətinə çıxan kolumbiyalı bir xanım turist hazırda Azərbaycandadır. Bu qadın 9 aydan çoxdur ki, maşında yatır, hətta avtomobilində yaranan nasazlığı da özü təmir edir. İki gündür Bakıda olan 58 yaşlı Analusia Perestemon təəssüratlarını bölüşüb. Xanım turist, 47 il əvvəl istesal edilən maşınına yaşamaq üçün lazım olan bütün ləvazimatları toplayaraq dünya səyahətinə çıxıb. Kolumbiyalı xanım retro avtomobili ilə artıq 9 aydan çoxdur ki, yollardadır. Analusia Perestemonun avtomobili də görənlərin marağına səbəb olur. O, avtomobildə yaranan bütün nasazlıqları özü təmir edir, yağını dəyişir. Getdiyi bütün ölkələrdə o, böyük maraqla qarşılanır. Artıq 2 gündür ki, Bakını gəzən turist paytaxtımızın çox müasir görünüşlü şəhər olduğunu bildirir. Turist xanım İranı da gəzdikdən sonra yenidən Azərbaycana qayıdacaq və gəldiyi marşrutla Kolumbiyaya qayıdacaq.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan tarixində hansı izləri qoyub? – Deputatlar AÇIQLADI
“İranla saziş imzalandı, hamını təbrik edirəm!” - TRAMP










