"Kontakt Home" müştərilərin başına oyun açır - ŞİKAYƏT

"Kontakt Home" mağazalar şəbəkəsi əlavə məbləğ ödəyərək "Qızıl Zəmanət" almaları üçün müştərilərin başına oyun açır. Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə şirkətin müştərisi olmuş İlkin Məcidov sosial şəbəkə hesabında yazıb. O, "Kontakt Home"un fırıldaqçılıq yolu ilə müştəriləri müxtəlif xidmətlərə qoşulmağa təhrik etdiyini qeyd edib:
"20 dekabr tarixində "Kontakt Home"un 20 yanvar filialından televizor almışdım. Quraşdırılması üçün ayrıca da xidmət sifariş vermişdim. TV vaxtında gəlsə də, quraşdırılma xidməti gecikdi. Buna görə "Kontakt Home"un qaynar xəttinə zəng vurdum. Məni 25 dəqiqə xəttə gözlətdikdən sonra dəstəyi asdılar. Yenidən əlaqə saxladım və 22 dəqiqə sonra cavab bildirdilər ki, servis xidməti 2 gün sonra gələcək. Lakin servis 4 gün sonra mənimlə əlaqə saxladı.
Gətirdikləri televizor da xarab çıxdı və geri apardılar. Öz səhvlərinə görə məni 9 gün ora-bura istiqamətləndirdilər. Başa düşdüyüm odur ki, malı alanda qiymətdən əlavə 200 manata da "Qızıl zəmanət" təklif edirlər. Bunu istəməyən müştərilərin də başına belə oyunlar açırlar ki, alıcı məcbur bu xidməti alsın".
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










