“Kontakt Home”dan növbəti fırıldaq; bu dəfə vətəndaşa işlənmiş telefon satıblar - FOTO

Vətəndaş iri elektronik məhsullar mağazasından aldığı mobil telefonun daha əvvəl istifadə edildiyini müəyyənləşdirib.
Avtosfer.az-a məluimat verən şikayətçi bildirib ki, “Kontakt Home” mağazalar şəbəkəsindən alınan mobil telefon gözlənildiyi kimi yeni olmayıb. Onun sözlərinə görə, cihaz hədiyyə məqsədilə alınıb və ilkin baxışda heç bir problem hiss olunmayıb.
Məlumata görə, telefon növbəti gün aktivləşdirilərkən onun artıq istifadə olunmuş olduğu üzə çıxıb. Şikayətçi iddia edir ki, cihazın proqram təminatı və bəzi göstəriciləri telefonun daha əvvəl istifadədə olduğunu təsdiqləyir.
Vətəndaş bu halı istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirərək sual edir ki, köhnə və ya işlənmiş məhsulun yeni adı ilə satılması nə dərəcədə qanunidir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür.
Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, qüvvədə olan qanunvericiliyə əsasən, istehlakçıya təqdim olunan məhsul yeni kimi satılırsa, onun istifadə olunmamış və texniki cəhətdən qüsursuz olması əsas şərtdir. Əks halda, alıcı məhsulun dəyişdirilməsini, geri qaytarılmasını və ya ödənilən vəsaitin geri verilməsini tələb etmək hüququna malikdir.
Eltac Zülfüqaroğlu
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF














