Könül Həmzəyevaya açılan cinayət işinin detalları - 700 min manat...

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın saxlanılmasının və barəsində cinayət işinin açılmasının detalları məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, xanım iş adamı əslində tam fərqli bir məsələyə görə saxlanılaraq ona cinayət işi açılıb.
İttihama görə, xanım iş adamına cinayət işinin başlanmasına səbəb, onun Tural adlı şəxsə "Port Baku" və şəhərin bir neçə mərkəzi yerlərindən mənzil almaq vədi verərək 700 min manatdan artıq pul vəsaitini ələ keçirməsidir.
Bundan başqa, Könül Həmzəyeva Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra zərərin bir qismini ödəyib. Məhz bundan sonra onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Eyni zamanda Xətai Rayon Polis İdarəsində də Könül Həmzəyeva ilə bağlı şikayətlər mövcuddur. Belə ki, Könül Həmzəyevanın tanınmış influenserlər - Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF












