Könül Kərimova ifadə verdi - “Artistlik etmək lazım deyil”

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Könül Kərimovaya və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın məhkəməsi keçirilib. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmiş Könül Kərimova ifadə verib. O deyib ki, oğlunu universitetə tələbə kimi düzəltmək M.Məmmədovaya ümumilikdə 32 min manat pul verib və onun 11 min manatının geri ala bilib: "İş alınmayandan sonra Məlahəti tapa bilmədim. Zəng çatmadı, mesajlara cavab vermədi". M.Məmmədova isə K. Kərimovanın həmin pulu oğlunun Rusiyadakı təhsilinə xərclədiyini deyib. Bu cavab müğənnini özündən çıxarıb. O, "mən də artistəm, amma burada artistlik etmək lazım deyil. Heç "Azdrama"da sizin kimi artist yoxdur" deyə reaksiya verib. M.Məmmədova isə əlavə edib ki, K. Kərimovadan aldığı 15 min manatı Təhsil Nazirliyində işləyən Rafiq adlı şəxsə verib: "Sonra müstəntiq araşdıranda bəlli oldu ki, həmin adam dələduzluğa görə tutulub. Könül xanım oğlunun yataqxana xərci və təhsil haqqı üçün 12 min 500 manat xərcləyib. Köçürmə üçün verdiyi pulu Rafiqi apardı, amma mən ödədim. İttihama görə, M.Məmmədova bir neçə şəxsə müxtəlif vədlər verərək 300 minə yaxın pul alaraq qaytarmayıb. O, müğənni K. Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib. M.Məmmədova əvvəllər də dələduzluqda ittiham olunub və şərti cəza alıb.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










