Koreya şirkəti 40 “Boeing” təyyarəsi alacaq

Cənubi Koreyanın “Jeju Air” aşağı büdcəli aviaşirkəti 4,4 milyard dollar dəyərində 40 ədəd yeni “Boeing” sərnişin təyyarəsi alacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Bildirilir ki, təyyarələr 2022-ci ildən başlayaraq “Jeju Air”ə təhvil veriləcək. Sifariş verilən təyyarələrin hamısı “Boeing 737 MAX” modelidir. “Jeju Air” 189 sərnişin yeri olan yeni təyyarələrdən qısa və orta məsafələrə uçuşlarda istifadə edəcək. Qeyd edək ki, Cənubi Koreyanın ilk aşağı büdcəli aviaşirkəti olan “Jeju Air” 2005-ci ildə yaradılıb. Turizm bölgəsi olan Cecu adası ilə ölkənin digər şəhərlərinə, habelə paytaxt Seuldan Çin, Yaponiya, Rusiya və cənub-şərqi Asiyanın bir neçə ölkəsinə uçuşlar yerinə yetirən şirkətin cari ilin yanvar-sentyabr aylarında xalis gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq, 75 milyon dollara çatıb.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar












