"Koroğlu" stansiyasının iş rejimi dəyişdiriləcək

Noyabrın 29-da UEFA Avropa Liqasının qrup yarışı çərçivəsində “Qarabağ» futbol klubunun Bakı Olimpiya Stadionunda Portuqaliyanın "Sportinq" klubu ilə keçirəcəyi oyunla əlaqədar olaraq, Bakı metropoliteninin "Koroğlu" stansiyasının iş rejmində bəzi dəyişikliklər ediləcək. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, bu arenada keçirilən tədbirlər üçün "Bakı Metropoliteni" QSC-nin mövcud əməliyyat planına uyğun olaraq, stansiya oyunun başlanmasına bir müddət qalmış gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə stansiyaya əlavə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Matçın həmin gün saat 21:55-də başlanması nəzərə alınaraq, "Bakı Metropoliteni" QSC rəhbərliyinin qərarına əsasən, görüşü arenada izləyənlərin metropolitendən təhlükəsiz və rahat istifadə etməsi məqsədilə xüsusi tədbirlər həyata keçiriləcək. Oyun gecə saat 12 radələrində başa çatacağından, "Koroğlu" stansiyasının iş rejimi, zərurət yaranacağı təqdirdə, bir saata qədər uzadıla bilər. Matç bitəndən sonra "Koroğlu" stansiyasına daxil olan sərnişinlər qatarların hərəkət etdiyi bütün istiqamətlərdə daşınaraq, mənzil başına çatdırılacaqlar. Qeyd edək ki, Bakı metropoliteninin iş rejimi səhər saat 6-dan gecə saat 12-yə qədərdi.
Namiq
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












