“Koroğlu”da işlər yekunlaşdı - FOTO

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin müvəqqəti köçürüldüyü ərazidə işlər artıq yekunlaşıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. M.Ağayev qeyd edib ki, noyabrın 23-dənətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilən Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərə xidmət göstərəcək: “Sərnişinlərin rahatlığının və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni təşkil edilən mərkəzin ərazisində müvafiq şərait yaradılıb. Mərkəzin ərazisində 6 perron təşkil edilib, hər bir perronun ətrafı xüsusi sədlərlə əhatələnib, dayanacaq pavilyonları və hər bir perron üzrə məlumat lövhələri qoyulub. Axşam saatlarında ərazinin işıqlandırılması məqsədi ilə əlavə avadanlıqlar da quraşdırılıb. Sərnişinlərin “Koroğlu” metrostansiyasından perronlara rahat giriş və çıxışı üçün üç yerdə pilləkənlər təşkil edilib”. BNA rəsmisi deyib ki, Nəqliyyat Mübadilə Mərkəzləri konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq: “Məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır”. Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələr istiqamətində 32 müntəzəm marşrut xətti üzrə 500-ə yaxın avtobus fəaliyyət göstərir.
Namiq
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA














