Köşkdən 2500 manat və 1700 rubl oğurlayan şəxs saxlanılıb - Xaçmazda

Xaçmaz rayon ərazisində oğurluq etmiş şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, avqustun 13-də Xaçmaz rayonu Qımıl-qışlaq kənd sakini Zaur Mustafayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək üç gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən avtovağzal ərazisində icarə əsasında işlətdiyi köşkdən 2500 manat və 1700 rubl pulunun oğurlandığını bildirib. Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Şirin Həsənli saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullardan 1400 manat və 1700 rubl maddi sübut kimi ondan götürülərək zərərçəkmişə qaytarılıb. Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












