Köşkdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb - FOTO

Bakıda köşkdən oğurluq etmək istəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 4-də gecə saatlarında Bakıxanov qəsəbəsində xidmət aparan mühafizə polisinin əməkdaşları naməlum şəxsin köşklərdən birindən oğurluq etməsinin şahidi olublar. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq bölməyə təhvil verilib. Bölmədə onun şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, oğurluq etməyə cəhd göstərən şəxs Gürcüstan vətəndaşı Nicat Yolçuyevdir. Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm narkotik maddə olan qurudulmuş marixuana və kəsici-deşici alətlər aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. N.Yolçuyevin başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.
Emin
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA

















