Kosmosdan buz dağlarının əriməsi dəqiqliklə göstəriləcək

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yer səthində buz dağlarının əriməsini dəqiqliklə öyrənmək üçün kosmosa “IceSat-2” adlı xüsusi peyk buraxıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, 1 milyard dollar dəyərində olan və Yerin orbitində min dövrə vuracaq kiçik avtomobil ölçüsündə peyk Arktika və Antarktida üzərində buz səthinə lazer şüaları göndərəcək. Şüaların buz səthinə toxunması vasitəsilə buz dağlarının hündürlüyü və qalınlığı dəqiqliklə ölçüləcək. NASA-nın layihə direktorunun müavini Tom Nyumanın sözlərinə görə, peykin cihazları 1980-ci ildən sonra buzların əriməsi prosesini öyrənəcək. Bu tədqiqat isə qlobal istiləşmə nəticəsində buz dağlarının yox olması və okeanda suyun səviyyəsinin qalxması proseslərinin qarşısını almağa kömək edəcək. T.Nyuman əlavə edib ki, Qrenlandiya və Antarktidada buz dağlarının əriməsi qlobal dəniz səviyyəsinin hər il bir millimetr qalxmasına səbəb olur. Bundan başqa, son on ildə şimal dənizlərində də buzların 40 faizinin əridiyi bildirilir. Bunları tədqiq etmək üçün NASA 2003-cü ildən bəri təyyarələrdən istifadə edirdi. Lakin bu üsulla geniş ərazini əhatə etmək mümkün olmurdu. Peykin buraxılması buz dağları və qalın buz örtüyü olan bütün əraziləri öyrənməyə imkan verəcək. NASA təmsilçisi vurğulayıb: “IceSat-2” saniyənin yarısı qədər müddətdə buz səthindən 5 min nümunə götürəcək. Bu inanılmaz məlumat axını hər gün davam edəcək”. NASA-da bildiriblər ki, ABŞ Prezidenti Donald Trampın qlobal istiləşməyə qarşı proqramlara ayrılan vəsaitin kəskin azaldılması sərəncamına baxmayaraq, özəl şirkətlər iqlim dəyişikliyi tədqiqatları üçün peyklərin maliyyələşdirilməsini davam etdirir. Amerikalılarla yanaşı, Avropa Kosmik Agentliyi də tezliklə havaya buraxılan qazların monitorinqini aparmaq üçün kosmosa xüsusi peyk göndərəcək.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










